• Bakı 18° C

    2.44 m/s

Naibə Allahverdiyeva xəstəxanaya düşməzdən əvvəl BU SÖZLƏRİ YAZIB

ŞOU

23 Oktyabr 2026 | 11:00 | Müəllif: Günəş Mərd

Naibə Allahverdiyeva xəstəxanaya düşməzdən əvvəl BU SÖZLƏRİ YAZIB

Xalq artisti, aktrisa Naibə Allahverdiyevanın xəstəxanaya yerləşdirilməzdən əvvəlki paylaşımı diqqət çəkib.

Bakıvaxtı.az-ın məlumatına görə, o, səhhətində problem yaranmazdan az əvvəl sosial şəbəkə hesabında Banqladeşdə baş verdiyi bildirilən hadisə ilə bağlı paylaşım edib.

Xalq artisti paylaşımında sevgi və insanlıq mövzusuna toxunaraq yazıb:

“Deyirlər, dünyanı məhəbbət xilas edəcək...Banqladeş vətəndaşı olan iki gənci başları bədənlərindən ayrılaraq edam edildi...Günahları isə müqəddəs ziyarətgahda oğlanın qızın alnından öpməsi olub... Bəlkə onlar həyatlarının sonuna qədər bir-birinə sədaqətli olacaqlarını, sevinc və kədərdə bir-birinin əlini buraxmayacaqlarına and içirdilər... Axı o ülvi sevgini Allah bəxş edib biz insanlara...”.

Aktrisanın paylaşımı izləyicilərin diqqətini çəkib.

Xatırladaq ki, Məkkədəki məsciddə cinsi əlaqədə olmaqda ittiham edilən Banqladeş vətəndaşı olan Nəzrülislam Əbdülbasir və Siti Akter adlı ər-arvad edam edilib. Onların cənazələri ölkələrinə göndərilib.

Qeyd edək ki, Naibə Allahverdiyevanın səhhəti qəfil pisləşib. Gecə saatlarında aktrisanın vəziyyəti pisləşdiyindən ünvana təcili tibbi yardım briqadası çağırılıb. Həkimlər tərəfindən Naibə Allahverdiyevaya hipertonik kriz diaqnozu qoyulub. Aktrisa xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altında müalicə olunur.

Murad İsmayıl


Naibə Allahverdiyeva xəstəxanaya düşməzdən əvvəl BU SÖZLƏRİ YAZIB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Oktyabr 2026