• Bakı 18° C

    2.44 m/s

15 il sonra eyni filmdə... - Fotolar

ŞOU

22 Oktyabr 2026 | 09:05 | Müəllif: Əli Hüseynov

15 il sonra eyni filmdə... - Fotolar

“Muhteşem Yüzyıl” serialında “Hürrem Sultan” və “Qanuni Süleyman” obrazları ilə tanınan Meryem Uzerli və Halit Ergenç illər sonra eyni layihədə rol alıblar.

Bakıvaxtı.az xəbər verir ki, aktyorlar baş rollarını paylaşdıqları “İmrozda Bahar” filminin dünya premyerasında iştirak etmək üçün Misirdə keçirilən “El Gouna” film festivalının qırmızı xalçasında bir araya gəliblər.

Rejissor Özcan Alperin ekranlaşdırdığı film Gökçeadada yolları kəsişən iki insanın hekayəsindən bəhs edir. Keçmişlərinin izlərini daşıyan qəhrəmanlar adada qarşılaşdıqdan sonra həyatlarında yeni səhifə açmaq fürsəti ilə üzləşirlər.

Filmin ssenarisini Özcan Alper və Luzin Dink birgə yazıblar. Çəkilişlər Gökçeadada aparılıb.

Qeyd edək ki, Meryem Uzerli və Halit Ergenç “Muhteşem Yüzyıl” serialındakı əməkdaşlıqlarından təxminən 15 il sonra yenidən eyni ekran layihəsində rol alıblar.

 


15 il sonra eyni filmdə... - Fotolar15 il sonra eyni filmdə... - Fotolar15 il sonra eyni filmdə... - Fotolar
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Oktyabr 2026