ABŞ Dövlət Departamenti korrupsiya və narkotik qaçaqmalçılığına qarşı kampaniya çərçivəsində Kolumbiyada 21 nəfərə viza məhdudiyyəti tətbiq edib.
Bakıvaxtı.az xəbər verir ki, məhdudiyyətlər 7 Kolumbiya vətəndaşına və onların ailə üzvlərinə şamil edilib. Siyahıya dövlət neft şirkətinin keçmiş rəhbəri Rikardo Roa Barraqan; Sinselexo meri Yair Akuya Kardales və senatorlar, keçmiş parlament üzvləri daxildir.
Vaşinqton bildirib ki, tədbirlər ABŞ-nin qiymətləndirməsinə görə, korrupsiya və ya narkotik qaçaqmalçılığı yolu ilə regionda demokratik yolla seçilmiş hökumətlərin işini pozan şəxslərə qarşı yönəlib.
















