Mersində Tarsus Bələdiyyə sədri Əli Boltaç CHP-dən istefa verib.
Bakıvaxtı.az bu barədə Türkiyə mediasına istinadla bildirir.
Boltaç CHP tərəfindən ona qarşı başladılan intizam prosesindən təəssüfləndiyini bildirib. CHP-nin yalnız fərdlərdən və vəzifələrdən ibarət olmadığını qeyd edən Boltaç partiyadan istefa verdiyini vurğulayıb:
"Mənim üçün vacib olan hər vəziyyətdə inandığım dəyərləri qorumaq və Tarsus xalqı qarşısında məsuliyyətimi yerinə yetirməkdir".
Murad Məmmədli
















