Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasında dalanın yenidən qurulması işləri sabah yekunlaşacaq.
Bunu Bakıvaxtı.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib .
Onun sözlərinə görə, “Həzi Aslanov” metrostansiyasının açılacağı tarix də sabah açıqlanacaq.
Qeyd olunub ki, həmçinin xətt üzrə hərəkətin birbaşa təşkili ilə bağlı yeni məlumatlar təqdim olunacaq.
Murad İsmayıl
















