"Patriotlar" partiyasının lideri və 2027-ci il Fransa prezident seçkilərində namizəd olan Florian Filippot Aİ bayrağını "dəsmal" adlandırıb.
Bakıvaxtı.az "France 24"ə istinadən xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
O, güclü küləyin Fransa bələdiyyə binasının üzərindən Avropa İttifaqı bayrağını qoparmasını şərh edib.
Filippot paylaşımda "Külək sayəsində mavi ulduz naxışlı dəsmalın biri də azalıb" sözlərini yazıb.
Filipponun şərhi ölkənin Avropa İttifaqından çıxması çağırışı ilə geiş müzakirələrə səbəb olub.
Gülşən Şərif
















