• Bakı 16° C

    2.86 m/s

Əfqan Sadıqovun məhkəməsi başlayıb

HADİSƏ

23 Oktyabr 2026 | 14:06 | Müəllif: Əli Hüseynov

Əfqan Sadıqovun məhkəməsi başlayıb

Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Əfqan Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.

    Təqsirləndirilən Əfqan Sadıqovun vəkili Nemət Kərimli iki vəsatət verib.

    O, müvəkkilinin ev dustaqlığına buraxılmasını və məhkəmə prosesi zamanı yanında əyləşməsinə icazə verilməsini xahiş edib.

    Məhkəmə vəsatətləri təmin etməyib və işin baxışa verilməsi barədə qərar qəbul edib.

    Məhkəmənin baxış iclası noyabrın 3-nə təyin olunub.

    Qeyd edək ki, Əfqan Sadıqov bu ilin aprel ayında Gürcüstandan Azərbaycana deportasiya edilib. İyun ayında icraatına xitam verilmiş cinayət işi yenidən açılıb və o, həbs edilib.

    Əfqan Sadıqova Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Oktyabr 2026