• Bakı 19° C

    2.29 m/s

Bu, ərzaq təhlükəsizliyi üçün vacibdir - Millət vəkili 

SİYASƏT

23 Oktyabr 2026 | 12:40 | Müəllif: Günəş Mərd

Bu, ərzaq təhlükəsizliyi üçün vacibdir - Millət vəkili

“İqtisadiyyatın genişləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və məhsul istehsalının artırılması vətəndaşlar üçün mühüm əhəmiyyət daşıyır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Tahir Rzayev Milli Məclisin bugünkü plenar iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, ölkədə iqtisadiyyatın, xüsusilə kənd təsərrüfatının sürətli inkişafı istiqamətində görülən işlər və qəbul olunan qanunlar barədə əhalinin məlumatlandırılması vacibdir.

Onun sözlərinə görə, aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ölkənin sosial-iqtisadi inkişafına töhfə verir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR