• Bakı 17° C

    2.25 m/s

Ukrayna özünün peyk rabitə sistemini yaradır

DÜNYA

23 Oktyabr 2026 | 14:12 | Müəllif: Əli Hüseynov

Ukrayna özünün peyk rabitə sistemini yaradır

Ukrayna “Nokia” və İCEYE şirkətləri ilə əməkdaşlıq çərçivəsində özünün peyk rabitə sistemini yaradacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“İCEYE peyk kəşfiyyatı sahəsində ixtisaslaşıb və 2022-ci ildən bəri Ukrayna ilə əməkdaşlıq edir. “Nokia” telekommunikasiya şəbəkələri və təhlükəsiz rabitə sistemləri hazırlayır. Onlar Müdafiə Nazirliyi ilə birlikdə Ukraynanın müstəqil şəkildə idarə edə biləcəyi təhlükəsiz peyk rabitə sistemi yaradacaqlar”, - məlumatda bildirilib.

Qeyd edək ki, Prezident Vladimir Zelenski Finlandiyanın peyk imkanlarından daha çox istifadə etmək üşüm “Nokia” və ICEYE ilə saziş imzaladıqlarını açıqlamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR