Amerikalı aktyor Tom Skeritt vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, aktyor 93 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Tom Skerittin kino debütü 1962-ci ildə "The War Hunt" filminin nümayişi ilə baş tutub. Aktyor daha çox "Əcnəbi" ("Alien") filmində "Nostromo" kosmik gəmisinin kapitanı Artur Dallas obrazı ilə tanınıb. Skeritt əvvəlcə layihədə iştirak etməkdən imtina edib. O, filmin büdcəsinin böyük hissəsinin xüsusi effektlərə sərf olunacağını düşünüb. Lakin rejissor kürsüsündə Ridli Skottun əyləşəcəyini öyrəndikdən sonra qərarını dəyişib.
Sənətçi, həmçinin "Top Gun" filmində rol alıb.
















