• Bakı 19° C

    2.13 m/s

Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam

SİYASƏT

23 Oktyabr 2026 | 14:48 | Müəllif: Əli Hüseynov

Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam

"Bu ordenin ("İstiqlal" ordeni - red.) şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam".

Bakıvaxtı.az xəbər verir ki, bunu Xalq rəssamı Fərhad Xəlilov Prezident İlham Əliyevdən "İstiqlal" ordenini qəbul edərkən deyib.

    "Sən özün düzəltmisən. Bunun müəllifi də sizsiniz", - Prezident qeyd edib.

    Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdiyini, dövlətimizin başçısının Ümummilli Liderin siyasətini uğurla davam etdirdiyini vurğulayan Xalq rəssamı əlavə edib:

    “44 günlük müharibədə qazanılmış Zəfər və Sizin müsahibələr dünyaya göstərdi ki, Azərbaycan nədir, Azərbaycan kimdir. Doğrudan da bu, ağıla sığmayan bir məsələdir. Doğrudan da Sizin təcrübəniz təbiətdən gələn bir keyfiyyətdir. Əlbəttə, bu yolu bizim Ulu Öndərimiz, dahi siyasi xadimimiz açdı".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR