• Bakı 19° C

    2.29 m/s

Xocavənd və Ağdərə rayonlarına köçənlərə açarlar təqdim olunub - YENİLƏNİB

CƏMİYYƏT

23 Oktyabr 2026 | 13:12 | Müəllif: Əli Hüseynov

Xocavənd və Ağdərə rayonlarına köçənlərə açarlar təqdim olunub - YENİLƏNİB

Xocavənd və Ağdərə rayonlarına köçrülünən sakinlərə yeni mənzillərin və evlərin açarları təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə ümumilikdə 42 ailə olmaqla 163 nəfər doğma yurdlarına qayıdıb.

    Onlardan 24 ailə (86 nəfər) Xocavənd şəhərində, 11 ailə (53 nəfər) Quzeyxırman kəndində, 3 ailə (11 nəfər) Xocavənd kəndində, 2 ailə (6 nəfər) Hadrut qəsəbəsində, 2 ailə (7 nəfər) isə Ağdərə rayonunun Heyvalı kəndində məskunlaşıb.

    Açarların təqdim olunması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Prezidentin müvafiq rayonlar üzrə xüsusi nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.

    Qeyd edək ki, köçürülən ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşıblar.

    ***

    12:48

    Yola salınan növbəti köç karvanları Xocavənd və Ağdərə rayonlarına çatıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 24 (86 nəfər), Quzeyxırman kəndinə 11 (53 nəfər), Xocavənd kəndinə 3 (11 ailə), Hadrut qəsəbəsinə 2 (6 nəfər), Ağdərənin Heyvalı kəndinə 2 ailənin (7 nəfər) daimi qayıdışı təmin edilib.

    ***

    12:04

    Xocavənd və Ağdərə rayonlarına növbəti köç prosesi həyata keçirilib.

    Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə ümumilikdə 42 ailə olmaqla 163 nəfər doğma yurdlarına qayıdıb.

      Onlardan 24 ailə (86 nəfər) Xocavənd şəhərində, 11 ailə (53 nəfər) Quzeyxırman kəndində, 3 ailə (11 nəfər) Xocavənd kəndində, 2 ailə (6 nəfər) Hadrut qəsəbəsində, 2 ailə (7 nəfər) isə Ağdərə rayonunun Heyvalı kəndində məskunlaşıb.

      Doğma yurda qayıdan sakinlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

      Sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib, torpaqların işğaldan azad olunması uğrunda döyüşən Azərbaycan Ordusuna minnətdarlıqlarını bildirib, şəhidlərə rəhmət diləyiblər.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR