• Bakı 19° C

    2.29 m/s

Komaya düşən Milli Qəhrəmanın vəziyyəti KRİTİKDİR

CƏMİYYƏT

23 Oktyabr 2026 | 13:39 | Müəllif: Günəş Mərd

Komaya düşən Milli Qəhrəmanın vəziyyəti KRİTİKDİR

Səhhətində problem yaranan Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin vəziyyəti açıqlanıb.  

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Yeni Klinikadan məlumat verilib. 

Bildirilib ki, 1972-ci il təvəllüdlü şəxs (kişi) 18.10.2026-cı il tarixində saat 13:40 radələrində Yeni Klinikanın Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti kritik ağır qiymətləndirilir.

Qeyd edək ki, E.Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində dünyaya gəlib. O, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısıdır.

Günəş Mərd 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR