Avropa İttifaqı Ukraynanın tələb etdiyi əlavə 70 milyard avronun üçdə ikisini maliyyələşdirməyə hazırdır.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Antonio Kosta Brüsseldə açıqlama verib.
Onun sözlərinə görə, söhbət təxminən 46,7 milyard avrodan gedir:
"Biz adətən Ukraynanın maliyyə ehtiyaclarının üçdə ikisini ödəyirik. Lakin indi biz Ukraynanın əlavə ehtiyaclarını təmin etmək barədə razılığa gəldik və Komissiyaya bu barədə konkret həllər təqdim etməyi tapşırdıq. Komissiya işləyir və güman edirəm ki, noyabr ayında bu barədə qərar qəbul edə bilərik", - deyə Kosta bildirib.
O əlavə edib ki, Avropa liderləri 26-27 noyabr tarixlərində keçiriləcək fövqəladə iclasda razılığa gələ bilməsələr, 17-18 dekabr tarixlərində keçiriləcək iclasda yenidən cəhd edəcəklər.
Qeyd edək ki, Vlodomir Zelenski daha əvvəl Aİ sammitində Kiyevin 2027-ci ildə hərbi ehtiyaclar üçün Aİ-dən əlavə 70 milyard avro tələb etdiyini açıqlamışdı.
Gülşən Şərif
















