Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryanın həbs müddəti daha iki ay uzadılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun vəkili Akop Kureqyan məlumat verib.
Vəkilin sözlərinə görə, məhkəmə Sedrak Köçəryanın daha iki ay həbsdə saxlanılması barədə qərar qəbul edib.
Kureqyan bildirib ki, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.
Qeyd edək ki, işə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində baxılır.
Murad İsmayıl
















