• Bakı 17° C

    1.89 m/s

"Arsenal" Aleks Baenanı heyətinə qatmaq istəyir

İDMAN

23 Oktyabr 2026 | 15:16 | Müəllif: Əli Hüseynov

"Arsenal" Aleks Baenanı heyətinə qatmaq istəyir

İngiltərənin "Arsenal" klubu İspaniya təmsilçisi "Atletiko"nun futbolçusu Aleks Baenanı heyətinə qatmaq istəyir.

Bakıvaxtı.az "Football Transfers"a istinadən xəbər verir ki, "topçular" 2027-ci ilin yanvarında 25 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalamaq niyyətindədir.

Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.

Xatırladaq ki, Aleks Baena cari mövsüm bütün turnirlərdə 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR