Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistan, Özbəkistan, Tacikistan və Qırğızıstanın xarici işlər nazirlərini rəsmi şam yeməyində qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.
Kobaxidze qonaqlara səfərlərinə görə təşəkkür edib, Mərkəzi Asiya ölkələri ilə münasibətlərin dərinləşdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin Gürcüstan hökuməti üçün prioritet olduğunu vurğulayıb.
Gürcüstan və Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin görüşü oktyabrın 23-də Batumidə keçiriləcək. Səfər çərçivəsində Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilinin həmkarları ilə ikitərəfli danışıqlar aparacağı gözlənilir.
















