• Bakı 18° C

    1.02 m/s

Kanadanın Baş naziri Ankaraya getdi 

DÜNYA

22 Oktyabr 2026 | 18:30 | Müəllif: Subhan Mahmudov

Kanadanın Baş naziri Ankaraya getdi

Kanadanın Baş naziri Mark Karni Ankaraya rəsmi səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə “X” hesabında Ankaraya eniş kadrlarını paylaşaraq məlumat verib.

Bu səfərin Kanada Baş naziri səviyyəsində Türkiyəyə edilən ilk ikitərəfli səfər olduğunu vurğulayan Karni “Əməkdaşlığımızı bir üst səviyyəyə qaldırmaq üçün buradayıq” sözlərini qeyd edib.

Kanada hökumətinin rəhbəri 85 milyondan çox əhalisi olan Türkiyə bazarına çıxışı genişləndirmək, hər iki ölkənin çalışanları və biznes dairələri üçün yeni iqtisadi imkanlar yaratmaq istədiklərini bildirib.

Səfər çərçivəsində Kanada Baş naziri Mark Karninin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsi, ardınca isə birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulur. Karninin daha sonra İstanbula gedəcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR