• Bakı 16° C

    1.33 m/s

Xocalı və Ağdərəyə daha 44 ailə yola salınıb - YENİLƏNİB

CƏMİYYƏT

22 Oktyabr 2026 | 14:43 | Müəllif: Əli Hüseynov

Xocalı və Ağdərəyə daha 44 ailə yola salınıb - YENİLƏNİB

Oktyabrın 22-də Xocalı və Ağdərə rayonlarına növbəti köç prosesi həyata keçirilib. Bu mərhələdə ümumilikdə 44 ailə olmaqla 176 nəfər doğma yurdlarına qayıdaraq yeni həyata başlayıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, Xocalı rayonu üzrə Ballıca kəndinə 5 ailə (27 nəfər), Xocalı şəhərinə 4 ailə (23 nəfər), Badara kəndinə 3 ailə (7 nəfər), Xanyurdu kəndinə 2 ailə (5 nəfər), Daşbulaq kəndinə isə 1 ailə (2 nəfər) köçürülüb. Beləliklə, bu mərhələdə Xocalı rayonuna ümumilikdə 15 ailə, 64 nəfər qayıdıb.

    Ağdərə rayonu üzrə isə Heyvalı kəndinə 23 ailə (83 nəfər), Vəngli kəndinə 6 ailə (29 nəfər) köçürülüb. Ümumilikdə, Ağdərə rayonuna 29 ailə, 112 nəfər qayıdıb. Doğma yurda qayıdan ailələr yeni mənzillərinə yerləşdirilib. Sakinlərin rahat yaşayışı üçün zəruri şərait yaradılıb, yaşayış məntəqələrində müvafiq infrastruktur qurulub. Qayıdan ailələrin gündəlik tələbatlarının qarşılanması, onların doğma torpaqlarında təhlükəsiz və rahat həyat sürməsi üçün lazımi imkanlar təmin edilib.

    Beləliklə, növbəti köç prosesi çərçivəsində Xocalı və Ağdərə rayonlarına qayıdan 176 nəfər doğma torpaqlarında yeni həyatlarına qədəm qoyub. Bu qayıdış azad edilmiş ərazilərdə həyatın bərpası, yaşayış məntəqələrinin dirçəldilməsi və Böyük Qayıdış prosesinin davam etdirilməsi istiqamətində görülən işlərin tərkib hissəsidir.

    ***

    13:38

    Xocalı və Ağdərə rayonlarının ümumilikdə 7 yaşayış məntəqəsinə daha 44 ailə yola salınıb.

    Bakıvaxtı.az-ın məlumatına görə, Xocalı şəhərinə və rayonun Badara, Ballıca, Daşbulaq, Xanyurdu, həmçinin Ağdərə rayonunun Vəngli və Heyvalı kəndlərinə növbəti qayıdış həyata keçirilib.

    Bu mərhələdə Xocalı şəhərinə 4 (23 nəfər), Ballıcaya 5 (27 nəfər), Badaraya 3 (7 nəfər), Daşbulağa 1 (2 nəfər), Xanyurduna 2 (5 nəfər), Vəngliyə 6 (29 nəfər), Heyvalıya isə 23 ailə (83 nəfər) olmaqla ümumikildə 44 ailənin (176 nəfər) daimi qayıdışı təmin olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Oktyabr 2026