Rusiya ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun Prezident Vladimir Putinlə danışıqlarda təqdim etdiyi təklifləri diqqətlə təhlil edir.
Bakıvaxtı.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Nazir müavini əlavə edib: “Hazırda əlavə mülahizələrin və ideyaların məzmununu təhlil edirik. Amma çox ümid edirəm ki, amerikalı həmkarlarımız da eyni şeyi edirlər. Onlar Konstantin Sarayında Prezidentdən birbaşa eşitdiklərini yaxşı-yaxşı, diqqətlə və dərindən araşdırırlar”.
















