Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan, ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan, Şəhərsalma Komitəsinin sədri Eqiazar Vardanyan və digər rəsmilər Sünik (Zəngəzur) vilayətinə səfər ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ermənistan rəsmiləri oktyabrın 21-də TRIPP infrastrukturlarının layihələndirilməsi üzrə işlərin başlanması ilə bağlı təşkilati məsələləri yerində müzakirə etmək və layihənin bundan sonrakı gedişatını müəyyənləşdirmək məqsədilə Sünik vilayətində olublar.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsi çərçivəsində tikinti işlərinin 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində başlaya biləcəyini bildirib. O, daha real müddətin 2027-ci ilin əvvəli olduğunu deyib. Hazırda ərazinin təmizlənməsi, texniki qiymətləndirmə və digər hazırlıq işlərinin aparıldığı bildirilir.
















