• Bakı 17° C

    0.53 m/s

Ronaldo "Əl-Nəsri" satın alır

İDMAN

21 Oktyabr 2026 | 19:13 | Müəllif: Subhan Mahmudov

Ronaldo "Əl-Nəsri" satın alır

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo (Cristiano Ronaldo) "Əl-Nəsr" klubunun səhmlərinin bir hissəsini əldə edə bilər.

Bakıvaxtı.az fanat-a istinadən xəbər verir ki, informasiyanı "FootballTransfers" yayıb.

Mənbənin məlumatına görə, "Milan" klubunun sahibi olan "RedBird Capital Partners" şirkəti Səudiyyə Ərəbistanı təmsilçisini satın almaq üçün danışıqlar aparır. Bu prosesdə Ronaldu da iştirak edə bilər.

Məlumata əsasən, "RedBird Capital Partners" Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu ilə "Əl-Nəsr"in 70 faiz səhminin alınması barədə ən azı iki görüş keçirib. Danışıqların ilkin mərhələdə olduğu bildirilir.

Razılaşma baş tutarsa, Ronaldunun klubun 20 faiz səhminə sahib olması gözlənilir. Beləliklə, portuqaliyalı ulduz futbolçu karyerasını davam etdirdiyi klubun ortaq sahibi ola bilər.

Qeyd edək ki, "RedBird Capital Partners" "Milan" və Fransanın "Tuluza" (Toulouse) klublarının sahibidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR