• Bakı 17° C

    0.53 m/s

Ermənistan KTMT-yə qayıtmayacaq

DÜNYA

21 Oktyabr 2026 | 18:54 | Müəllif: Subhan Mahmudov

Ermənistan KTMT-yə qayıtmayacaq

Ermənistan xarici işlər və xarici ticarət naziri Ararat Mirzoyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıda biləcəyini təsəvvür etmədiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, parlamentdə jurnalistlərə açıqlamasında təşkilatın baş katibi Talatbek Masadıkovun son bəyanatlarını şərh edərkən bu fikri səsləndirib.

“Dünyada hər şey bir-birinə qarışıb. Hesab edirəm ki, hamımız birlikdə hər şeyi tam şəkildə müəyyənləşdirməliyik. Şəxsən mən Ermənistanın KTMT-yə necə qayıda biləcəyini təsəvvür etmirəm”, - Mirzoyan vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR