• Bakı 16° C

    1.77 m/s

Son bir həftədə Azərbaycanda 264 şəxs saxlanıldı

CƏMİYYƏT

21 Oktyabr 2026 | 21:33 | Müəllif: Subhan Mahmudov

Son bir həftədə Azərbaycanda 264 şəxs saxlanıldı

Oktyabrın 15–21-də Azərbaycanda polis əməkdaşları tərəfindən cinayət törətməkdə şübhəli bilinən 264 nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı gündəlik məlumatlara əsasən, həmin müddətdə ölkə ərazisində qeydə alınan 274, əvvəlki dövrlərdən bağlı qalan 41 olmaqla, ümumilikdə 315 cinayətin açılması təmin olunub.

Həftə ərzində axtarışda olan 412 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 294 nəfəri borclu şəxs qismində axtarışda olub.

Bundan başqa, narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 27 fakt müəyyən edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026