Metronun "Həzi Aslanov" stansiyasından "İçərişəhər" istiqamətinə hərəkət etməli olan qatarda texniki problem yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd olunub ki, nasazlıq səbəbindən qatar vaxtında yola düşməyib.
Bu müddət ərzində maşinist tərəfindən sərnişinlərə bir neçə dəfə “Qatar tezliklə yola düşəcək” anonsu edilib.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanlamışıq.
Murad İsmayıl
















