• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“İndiyə qədər mahnılarımı pulla satmamışam” - Asif Kərimli   

MƏDƏNİYYƏT

20 Noyabr 2026 | 16:16 | Müəllif: Günəş Mərd

“İndiyə qədər mahnılarımı pulla satmamışam” - Asif Kərimli

“İndiyə qədər mahnılarımı pulla satmamışam, çünki onların əsl qiymətini bilmirəm”.

Bakıvaxtı.az xəbər verir ki, bunu prodüser Asif Kərimov mətbuat konfransında deyib.

O bildirib ki, mahnının dəyəri ona görə ödənilən məbləğlə deyil, müğənninin yaradıcılığına və karyerasına təsiri ilə ölçülür:

“Mən öz mahnımın qiymətini bilmirəm. Onun qiyməti milyon da ola bilər, bir qəpik də. Bir mahnı yazarsan, müğənnini göylərə qaldırar, bir mahnı da yazarsan, 5 min alarsan, heç nə olmaz, beş gün çəkər. Əgər mahnı yaxşı alınacaqsa, onun qiyməti milyondur, heç nə olmayacaqsa, bir qəpik. Bu qədər”.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026