Kotanarx kəndinin bələdiyyə sədri Əli Qarakişi oğlu Lətifovun ölüm səbəbi bilinib.
Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, o, xərçəng xəstəsi olub, uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, Əli Lətifovun oğlu Qara Lətifov Ağdaş Rayon İcra Hakimiyyətinin Ağdaş Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsidir.
***
13:10
Ağdaş rayonun Kotanarx kəndinin bələdiyyə sədri dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Bildirilib ki, bələdiyyə sədri Lətifov Əli Qarakişi oğlu vəfat edib.
















