• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Pakistanda bina çökdü: 11 ölü

DÜNYA

28 Noyabr 2026 | 15:49 | Müəllif: Gülşən Şərif

Pakistanda bina çökdü: 11 ölü

Pakistanın Kəraçi şəhərində inşası davam edən altımərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 11-ə yüksəlib.

Bakıvaxtı.az-ın məlumatına görə, dağıntılar altından daha iki nəfərin meyiti çıxarılıb.

Məlumata görə, binanın çökməsi nəticəsində 14 nəfər xəsarət alıb. Xilasedicilər daha 9 nəfərin dağıntılar altında qala biləcəyini bildiriblər. Axtarış-xilasetmə işləri müasir avadanlıqların köməyi ilə davam etdirilir.

Xilasedicilər dağıntılar altında qalan meyitlərə zərər dəyməməsi və binanın qalıq konstruksiyasının daha da çökməməsi üçün ağır texnikadan istifadəyə məhdudiyyət qoyaraq əsasən əl üsulu ilə axtarış aparırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026