Polkovnik Rəşad Miraslan oğlu İbrahimov fəlsəfə doktoru elmi adına layiq görülüb.
Bakıvaxtı.az xəbər verir ki, Rəşad İbrahimov 20 noyabr 1976-cı ildə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olub.
1994–1998-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb. Sonrakı illərdə Hərbi Akademiyada, magistraturada və Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda təhsilini davam etdirib.
Uzunillik hərbi xidmətinə görə “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunan polkovnik Vətən müharibəsi veteranıdır. O, 2021-ci ildə Müdafiə Nazirliyinin təsis etdiyi “Hərbi bilik” jurnalının baş redaktoru vəzifəsində də çalışıb.
Natiq Şəkinski
















