• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Naftalanda məktəbliləri maşın vurdu - YENİLƏNİB

HADİSƏ

20 Noyabr 2026 | 22:26 | Müəllif: Subhan Mahmudov

Naftalanda məktəbliləri maşın vurdu - YENİLƏNİB

20.11.2026-cı il tarixində saat 15:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Naftalan şəhəri, Heydər Əliyev prospekti ərazisindən çağırış qeydə alınıb.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilib.

    Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

    Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2 kişi, 1 qadın cinsli yeniyetmə) Goranboy rayonuna özəl tibb müəssisəsinə hospitalizasiya olunub.

    ***18:38

    Naftalanda 3 nəfəri avtomobil vurub.

    Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Naftalan şəhəri ərazisində avtomobil yolu qarşı tərəfə keçmək istəyən məktəbliləri - 2014-cü il təvəllüdlü R.Paşazadə, 2017-ci il təvəllüdlü C.Sadıqzadə və 2015-ci il təvəllüdlü K.Abbaslını vurub.

      Hər 3 piyada xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR