Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Kərimov Rəhman Rauf oğlu vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, hərbi qulluqçu uzun sürən ağır xəstəlikdən müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, onlara səbir diləyib.
Allah rəhmət eləsin!
















