• Bakı 21° C

    3.72 m/s

Firudin Qurbanov I Ailə Forumunda iştirak edib - FOTOLAR

CƏMİYYƏT

22 Oktyabr 2026 | 09:22 | Müəllif: Qalib İbrahimoğlu

Firudin Qurbanov I Ailə Forumunda iştirak edib - FOTOLAR

Oktyabrın 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda I Ailə Forumu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, forumda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, eləcə də dövlət qurumlarının nümayəndələri, ekspertlər və digər qonaqlar iştirak ediblər.

Forumda çıxış edən Bahar Muradova Azərbaycan ailəsinin milli-mənəvi dəyərlərin və nəsillərarası bağlılığın qorunmasında mühüm rolunu vurğulayıb. O, ənənəvi ailə dəyərlərini qorumaqla yanaşı, ailələrin texnoloji inkişafın yaratdığı yeni reallıqlara hazırlanmasının vacibliyini qeyd edib. Komitə sədri uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli məzmun, kiberzorakılıq və rəqəmsal asılılıq məsələlərinə toxunaraq, hazırlanmaqda olan Ailə Konsepsiyasının əhəmiyyətini diqqətə çatdırıb.

Ailənin cəmiyyətin və dövlətin təməli olduğunu vurğulayan Elm və təhsil nazirinin müavini Firudin Qurbanov cəmiyyətdə xoşbəxt ailələrin sayının çox olmasının dövlətin uğurlu inkişafının əsas zəmanəti olduğunu bildirib. Ailənin yeni nəslin tərbiyəsində, milli-mənəvi dəyərlərin formalaşmasında, eləcə də cəmiyyətin sosial və iqtisadi sabitliyinin qorunmasında mühüm rolunu vurğulayıb. Qeyd edib ki, ailə uşaqların və yaşlı insanların rifahının təmin olunmasında, davranış normalarının və dəyərlərin gələcək nəsillərə ötürülməsində xüsusi əhəmiyyət daşıyır.

Rəqəmsal transformasiyanın ailə həyatına təsirindən danışan nazir müavini texnologiyaların təhsil imkanlarını genişləndirdiyini, eyni zamanda rəqəmsal asılılıq, canlı ünsiyyətin azalması, diqqət çatışmazlığı və nəsillər arasında rəqəmsal fərqlər kimi risklər yaratdığını diqqətə çatdırıb. O, ailədə rəqəmsal və real həyat arasında balansın qorunmasının, rəqəmsal gigiyena qaydalarına əməl edilməsinin, uşaqlarla internet təhlükəsizliyinin müzakirə olunmasının və texnologiyalardan faydalı məqsədlər üçün istifadənin vacibliyini qeyd edib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ölkədə rəqəmsallaşma və süni intellekt sahəsində həyata keçirilən islahatlardan danışıb. O, rəqəmsal infrastrukturun yenilənməsi, elektron xidmətlərin genişləndirilməsi və təhsilin müasirləşdirilməsi istiqamətində görülən işləri qeyd edib. Nazir müavini uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasının strateji əhəmiyyətini vurğulayaraq sosial platformalarda uşaqların müdafiəsinə yönəlmiş təkliflər və zərərli məzmunun məhdudlaşdırılması mexanizmləri barədə məlumat verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov rəqəmsal dövrdə ailə institutunun qarşılaşdığı çağırışlardan və mənəvi dəyərlərin qorunmasının əhəmiyyətindən bəhs edib. O, dəyişən dövrün tələblərinə uyğunlaşmaqla yanaşı, ailənin mənəvi əsaslarının və milli kimliyinin qorunmasının, dini dəyərlərin düzgün təbliğinin vacibliyini vurğulayıb.

Forum çərçivəsində “Yeni reallıqda ailə: ortaq məsuliyyətdən dayanıqlı gələcəyə” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələrdə rəqəmsal transformasiyanın ailə münasibətlərinə, valideyn-övlad ünsiyyətinə və gündəlik həyata təsiri, texnologiyalardan balanslı istifadə, eləcə də fiziki və psixoloji sağlamlığın qorunması məsələləri diqqətə çatdırılıb.

Forum ailə münasibətləri, müasir valideynlik, rəqəmsal mühitdə sağlamlıq və təhlükəsizlik, süni intellektin ailəyə təsiri və gələcəyin ailə modeli daxil olmaqla altı istiqamət üzrə panel müzakirələri ilə davam edib.


Firudin Qurbanov I Ailə Forumunda iştirak edib - FOTOLARFirudin Qurbanov I Ailə Forumunda iştirak edib - FOTOLARFirudin Qurbanov I Ailə Forumunda iştirak edib - FOTOLARFirudin Qurbanov I Ailə Forumunda iştirak edib - FOTOLARFirudin Qurbanov I Ailə Forumunda iştirak edib - FOTOLARFirudin Qurbanov I Ailə Forumunda iştirak edib - FOTOLARFirudin Qurbanov I Ailə Forumunda iştirak edib - FOTOLARFirudin Qurbanov I Ailə Forumunda iştirak edib - FOTOLARFirudin Qurbanov I Ailə Forumunda iştirak edib - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026