Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 11 oktyabr 2022-ci il tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş"in təsdiq edilməsi barədə qanunu təsdiqləyib.
Bakıvaxtı.az xatırladır ki, Saziş bu il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.
















