İqtisadi dayanıqlığımızı artırmaq baxımından regional əlaqələri mümkün qədər tez bir zamanda yenidən aça bilməyimiz vacibdir.
Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan deyib.
O, bildirib ki, Ermənistanla ABŞ arasında imzalanan TRIPP sazişinin təsdiq prosesinə Milli Assambleyada başlanılıb.
"Etiraf etməliyik ki, həyata keçirmə mərhələsinə qədəm qoyuruq. Yaxın gələcəkdə erməni-amerikan TRIPP inkişaf şirkətinin yaradılması lazımdır", - deyə Paşinyan qeyd edib.
Gülşən Şərif
















