• Bakı 16° C

    0.79 m/s

Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib

DÜNYA

22 Oktyabr 2026 | 16:36 | Müəllif: Əli Hüseynov

Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib

Husilər Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinə, Yanbu şəhərindəki Aramco şirkətinə və iki hava limanına hücum etdiklərini iddia edirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Al Jazeera" nəşri yazıb. 

Yəmənli husilər Səudiyyə Ərəbistanının Ər-Riyaddakı Müdafiə Nazirliyinə, Yanbudakı "Saudi Aramco" obyektlərinə, Abha Beynəlxalq Hava Limanına və Dammamdakı Kral Fəhd Beynəlxalq Hava Limanına hücumlar təşkil edib. Səudiyyə Ərəbistanı hakimiyyəti iki nəfərin öldüyünü qeyd edib. 

Husilərin hərbi sözçüsü Yəhya Sari əlavə edib ki, hücumlar son 48 saat ərzində həyata keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR