Həftəsonu ölkə boyunca keçirilən etiraz aksiyalarına xarici qüvvələrin birbaşa müdaxiləsi olmayıb.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Dohada jurnalistlərə açıqlamasında bildirib.
"Mənim fikrimcə, baş verən hadisələrdə xarici müdaxilə yoxdur", - o bildirib.
Onun sözlərinə görə, "etirazlardan sonra baş verən xarici informasiya manipulyasiyası" olub. Fransa lideri əlavə edib ki, bu, bir çoxlarının, o cümlədən dövlət liderlərinin qəbuledilməz şərhlərinə səbəb olub. O qeyd edib ki, internetdə süni intellekt tərəfindən yaradılmış çoxsaylı görüntülər yayılıb.
"Bəzi şəxslərin Fransanı miqrantların və islamçıların bürüdüyü barədə sözləri tamamilə yalandır", - Makron iddia edib.
Jurnalistin söhbətin ABŞ Prezidenti Donald Trampın şərhlərindən gedib-getmədiyi barədə sualına Makron belə cavab verib: "Digərləri ilə yanaşı".
















