ABŞ həqiqətən də dialoqu bərpa etmək istəyirsə, İrana qarşı sanksiyaları ləğv etməli və Tehranı təhdid etməyi dayandırmalıdır.
Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.
O, bildirib ki, Əgər ABŞ həqiqətən danışıqlar aparmaq və razılığa gəlmək istəyirsə, bu halda hazırkı davranışı məntiqsizdir və öz bəyanatları ilə tamamilə ziddiyyət təşkil edir.
"Hazırda İran xalqı ABŞ-yə etibar etmir və Amerika tərəfinin istənilən vaxt hərbi əməliyyatları bərpa edə biləcəyini gözləyir. Əgər Vaşinqton həqiqətən İranla danışıqlar aparmaq istəyirsə, səmimiyyətini sübut etməlidir", - deyə İran prezidenti qeyd edib.
Gülşən Şərif
















