• Bakı 16° C

    0.09 m/s

Yunanıstanda tələbə etirazları: 20 nəfər həbs edilib

DÜNYA

21 Oktyabr 2026 | 16:05 | Müəllif: Gülşən Şərif

Yunanıstanda tələbə etirazları: 20 nəfər həbs edilib

 Yunanıstan polisi Afina və Salonikidə tələbə etirazları zamanı 20 nəfəri saxlayıb.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, Yunanıstanda təhsil işçilərinin tətili keçirilib. Müəllimlər əmək haqlarının artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Salonikidə keçirilən nümayişdə 2500, Afinada isə 1500 nəfər iştirak edib. Onların arasında tələbələr, məktəblilər və təhsil işçiləri də olub.

Etirazlar fonunda Afina və Saloniki şəhərlərinin mərkəzindəki bir sıra küçələr bağlanıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR