• Bakı 18° C

    2.02 m/s

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var - Foto

CƏMİYYƏT

21 Oktyabr 2026 | 09:42 | Müəllif: Əli Hüseynov

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var - Foto

Oktyabrın 20-də gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub.

Bakıvaxtı.az xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqdan dərəyə yıxılaraq aldığı xəsarətlərdən ölüb.

Digər şəxs E.Kərimov saxlanılıb.

Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar olunaraq götürülüb.

Hazırda hadisənin digər iştirakçısının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.


Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var - Foto
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026