Culfa rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Ərəzin kəndi ərazisində qeydə alınıb. Belə ki, 3 maşının iştirakı ilə baş verən qəzada 8 nəfər yaralanıb. Qəza zamanı 2022-ci il təvəllüdlü Quliyev Səid Səlim oğlu həyatını itirib.
Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
















