Xalq artisti Ceyran Haşımova mirası ilə bağlı açıqlama verib.
Bakıvaxtı.az xəbər verir ki, Haşımova bu barədə “MTV maqazin”də danışıb. O bildirib ki, hər kəs ölməzdən əvvəl vəsiyyətini hazırlamalıdır:
“Üç nəvəm, bir nəticəm var. İnsan ölməzdən əvvəl mütləq vəsiyyət etməlidir ki, sonra qırğın düşməsin. Mən də vəsiyyət etmişəm ki, ölümdən sonra evim və nəyim varsa nəvəm Miraşın olsun”, - deyə, C.Haşımova bildirib.
















