• Bakı 16° C

    0.09 m/s

Xəzərdə qayıq aşıb: 2 nəfər itkin düşüb

DÜNYA

20 Oktyabr 2026 | 13:44 | Müəllif: Günəş Mərd

Xəzərdə qayıq aşıb: 2 nəfər itkin düşüb

Xəzər dənizində Rusiyanın Dağıstan Respublikasının Sulak şəhəri yaxınlığında qayıq aşıb. Hadisə nəticəsində iki nəfər itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə Sərhəd İdarəsinin məlumatına görə, hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı aparılır.

Əməliyyata Rusiya Fövqəladə Hallar Xidmətinin 28 əməkdaşı və 12 texnikası cəlb olunub. Bundan əlavə, nazirlik axtarışlara 7 mütəxəssis və 3 texnika ilə dəstək verir.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.  

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR