• Bakı 19° C

    2.65 m/s

Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək

DÜNYA

20 Oktyabr 2026 | 17:13 | Müəllif: Əli Hüseynov

Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək

Böyük Britaniya Yəməndəki husilərin mümkün hava hücumlarından Səudiyyə Ərəbistanını qorumağa kömək etmək üçün bu ölkədə “Typhoon” qırıcı təyyarələri yerləşdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi bu barədə bu gün açıqlama yayıb.

    Bildirilib ki, “Typhoon” qırıcıları yalnız müdafiə xarakterli missiyalar həyata keçirəcək və İranın dəstəklədiyi husilərə qarşı hücum əməliyyatlarında iştirak etməyəcək.

    “Böyük Britaniya Səudiyyə Ərəbistanının şəhərlərinin və mühüm milli infrastrukturunun hava hücumlarından qorunmasına dəstək məqsədilə RAF-ın “Typhoon” qırıcılarından istifadə etməklə müdafiə xarakterli hava patrulu missiyaları həyata keçirəcək”, – nazirliyin açıqlamasında deyilir.

    Nazirliyin məlumatına görə, Britaniyanın dəstəyi Səudiyyə Ərəbistanının hava əməliyyatları üçün havada yanacaq doldurma imkanlarının genişləndirilməsini də əhatə edəcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR