• Bakı 20° C

    2.65 m/s

Bakıda şadlıq sarayı 12 milyona satışa çıxarıldı

CƏMİYYƏT

20 Oktyabr 2026 | 20:44 | Müəllif: Subhan Mahmudov

Bakıda şadlıq sarayı 12 milyona satışa çıxarıldı

Paytaxtın Sabunçu rayonunda fəaliyyət göstərən məşhur “İdeal” şadlıq sarayı satılır.

Bakıvaxtı.az "Yeni sabah"a istinadla xəbər verir ki, obyekt üçün 12 milyon manat qiymət qoyulub. Obyekt 20 sotluq geniş ərazidə inşa edilib və ümumi sahəsi 3 000 kvadratmetr təşkil edir.

İkimərtəbəli binadan və böyük zirzəmidən ibarət olan şadlıq sarayında eyni vaxtda qonaq qəbul edə bilən iki müxtəlif zal – 500 nəfərlik əsas və 250 nəfərlik kiçik zal fəaliyyət göstərir.

Təkcə şadlıq sarayı ilə kifayətlənməyən kompleksin ərazisinə çay evi, kafe-restoran və digər köməkçi tikililər də daxildir.

Hazırda tam işlək vəziyyətdə olan obyekt öz daimi müştəri bazasına malikdir və alıcıya hazır, gəlirli biznes kimi təqdim olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026