• Bakı 19° C

    2.65 m/s

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - FOTOLAR

MƏDƏNİYYƏT

20 Oktyabr 2026 | 18:15 | Müəllif: Subhan Mahmudov

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Qurbanqulu Berdiməhəmmədov adına Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva və Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva oktyabrın 20-də Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olublar.

Bakıvaxtı.az xəbər verir ki, ziyarət zamanı qonaqlara Türkmənistanın əl xalçalarının vətəni olaraq qədim ənənələrə əsaslanan xalçaçılıq sənətini bu gün də uğurla qoruyub inkişaf etdirdiyi bildirilib.

Qeyd olunub ki, bu məqsədlə yaradılmış və qiymətli eksponatların qorunduğu Xalça Muzeyində nadir və nəhəng nümunələr saxlanılır.

Vurğulanıb ki, burada 2001–2003-cü illərdə toxunulmuş və "Ginnesin Rekordlar Kitabı"na daxil edilmiş dünyanın ən böyük xalçası, İkinci Dünya müharibəsi illərində qadınların çətinliklərə baxmayaraq sona çatdırdıqları ilk nəhəng xalça, həmçinin 2009-cu ildə xüsusi olaraq muzeyin yeni binası üçün toxunulmuş xalçalar qorunub saxlanılır. Muzeyin fondlarında 2000-ə yaxın nadir və qədim əl işi xalça məmulatları, o cümlədən XVII–XIX əsrlərə aid unikal nümunələr mövcuddur.

Sonra milli türkmən geyimlərinin moda sərgisi nümayiş olunub. Nümayiş zamanı əl işi naxışlı ipək türkmən libasları, qədim milli, həmçinin müasir elementlərlə zənginləşdirilmiş geyimlər də geniş şəkildə təqdim edilib.


Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - FOTOLARLeyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - FOTOLARLeyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - FOTOLARLeyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - FOTOLARLeyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - FOTOLARLeyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - FOTOLARLeyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - FOTOLARLeyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - FOTOLARLeyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - FOTOLARLeyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR