• Bakı 18° C

    0.13 m/s

“Barselona” prezidentindən “Real”a sərt ittihamlar

İDMAN

20 Oktyabr 2026 | 12:53 | Müəllif: Əli Hüseynov

“Barselona” prezidentindən “Real”a sərt ittihamlar

“Barselona”nın prezidenti Joan Laporta Madrid “Real”ı ilə münasibətlərin artıq qarşıdurma mərhələsində olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, klub rəhbəri bu barədə “L’Equipe” nəşrinə açıqlamasında danışıb.

Laporta “Real”la münasibətlərin hazırkı vəziyyətini şərh edərkən tərəflər arasında əvvəlki əlaqələrin qalmadığını vurğulayıb:

“Artıq münasibətlərimiz yoxdur. Hətta deyərdim ki, hazırda qarşıdurma içindəyik. Onlar diqqəti başqa istiqamətə yönəltməyə çalışırlar”.

Hakimlərə qarşı etirazlarla bağlı sualı cavablandıran Laporta “Real”ın bu cəhdlərinin nəticə vermədiyini söyləyib:

“Onlar diqqəti yayındırmaq istəyirlər, amma buna nail ola bilmirlər. “Real” həm institusional səviyyədə, həm də meydanda etimadını itirib. Artıq rəhbər strukturlarda təmsil olunmurlar. Düşünürəm ki, yanlış yol seçiblər və bunun bədəlini ödəyirlər. Çoxlu sayda bahalı futbolçuya pul xərcləyiblər, amma həmin oyunçular gözlənilən nəticələri vermirlər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR