• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Şəhriyar Məmmədyarov Aronyana armageddonda uduzdu

İDMAN

19 Noyabr 2026 | 00:33 | Müəllif: Subhan Mahmudov

Şəhriyar Məmmədyarov Aronyana armageddonda uduzdu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun Budapeştdə keçirilən “Total Chess World Championship Tour Pilot 2026” turnirində Levon Aronyanla qarşılaşması yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, 13-16-cı yerlər uğrunda keçirilən duelin qalibi armageddon partiyasında müəyyənləşib. Ağ fiqurlarla oynayan təmsilçimiz ABŞ şahmatçısına məğlub olub.

Məmmədyarov noyabrın 17-də keçirilən ilk oyun gününü 11:9 hesablı qələbə ilə tamamlasa da, ikinci gündə 6.5:13.5 hesabı ilə uduzub.

Şəhriyar bu gün dörd blits partiyasında bir heç-heçə edib, üç dəfə məğlub olub. İki rapid görüşündə isə bir heç-heçə və bir məğlubiyyət qeydə alınıb. Günün sonuncu, sürətli klassika partiyası heç-heçə başa çatıb.

Reqlamentə əsasən, hər günün nəticəsi ayrıca hesablandığından tərəflərin bir gün qalib gəlməsi həlledici armageddon partiyasını zəruri edib. Bu görüşdə üstün olan Aronyan 13-14-cü yerlər uğrunda oynamaq hüququ qazanıb.

Məmmədyarov isə noyabrın 19-20-də 15-16-cı yerlər uğrunda almaniyalı Vinsent Keymerlə qarşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026