Amerikalıların yarıdan çoxu Prezident Donald Trampı son 25 ilin ən az sevdikləri ABŞ prezidenti kimi qiymətləndirib.
Bakıvaxtı.az "Politico"ya istinadən xəbər verir ki, bu, amerikalılara arasında aparılan sorğunun nəticəsində yer alıb.
Sorğuda iştirak edənlərin 52%-i Trampı ən az bəyəndiyi, 28%-i isə ən çox bəyəndiyi şəxs hesab edib. Trampın narazılıq reytinqi son sorğuda 52%-dən 66%-ə yüksəlib.
Sorğuda keçmiş prezident Obama ən çox bəyənilən şəxs olub. Respondentlərin 51%-i onu favorit, cəmi 8%-i isə ən az bəyənilən kimi seçib.
Gülşən Şərif
















