• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!

DÜNYA

18 Noyabr 2026 | 19:51 | Müəllif: Subhan Mahmudov

Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!

Britaniyalı siyasətçi, sabiq xarici işlər naziri Devid Lemmi Baş nazir Endi Börnhemə növbəti parlament seçkilərində Leyboristlər Partiyasının Avropa Birliyinə (AB) yenidən üzvlük vədi ilə iştirak etməsi çağırışı edib.

Bakıvaxtı.az xəbər verir ki, Devid Lemminin fikrincə, yalnız Avropa Birliyinə tamhüquqlu üzvlük Böyük Britaniyada iqtisadi artımı təmin edə və ölkəyə AB-nin vahid bazar qaydalarının formalaşdırılmasında söz sahibi olmaq imkanı verə bilər.

Bu çağırış Baş nazir Endi Börnhemin Böyük Britaniyanın Avropa ilə uzunmüddətli münasibətlərinin yenidən qurulmasına dair mümkün variantları təqdim edəcəyini açıqlamasından sonra səsləndirilib. Baş nazir gələcəkdə ölkənin Avropa Birliyinə yenidən üzvlüyü məsələsinin gündəmə gətirilə biləcəyini istisna etməsə də, növbəti parlament seçkilərinə qədər münasibətlərdə köklü dəyişikliklərin aparılmayacağını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026