• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Abşeronda yük maşınlarından 10 min manatlıq oğurluq edilib

HADİSƏ

18 Noyabr 2026 | 15:40 | Müəllif: Əli Hüseynov

Abşeronda yük maşınlarından 10 min manatlıq oğurluq edilib

Abşeronda nəqliyyat vasitələrindən oğurluq edən şəxs saxlanılıb.

DİN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, Abşeron rayonunda yük avtomobillərindən ümumi dəyəri 10320 manat olan naqil və akkumulyator oğurlanıb.

Polisə daxil olmuş məlumat əsasında keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş P.Allahverdiyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, rayonun müxtəlif yerlərində nəqliyyat vasitələrindən oğurluq əməlini törədib. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026